“Avroviziya” haqqında qərar verildi - VİDEO

Oxunma sayı: 359
Ölkə       18 May 2020, 10:30
“Avroviziya” haqqında qərar verildi     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avropa Yayım Birliyi (AYB) “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin 2021-ci ildə Hollandiyanın Rotterdam şəhərində baş tutacağını təsdiqləyib. 

 

Azmedia.Az xəbər verir ki, bu barədə ötən gecə “İctimai Televiziya”nın canlı efirində yayımlanan “Europe Shine A Light” möhtəşəm mahnı şousu zamanı xəbər verilib. 

 

Daha sonra yayımçılar “Eurovision Mahnı Müsabiqəsi. Rotterdam - 2021” loqotipi ilə gələn ilin videoçarxını nümayiş etdiriblər. 

 

Qeyd edək ki, “Avroviziya 2020”nin martın 18-də koronavirus pandemiyası səbəbindən ləğv olunduğu elan edilib. Müsabiqə 12-16 may tarixində Rotterdamda keçirilməli idi. 

 

Bir neçə həftədən sonra təşkilatçılar iştirakçı ölkələrin istədikləri qaydada 2021-ci ildə keçiriləcək müsabiqədəki nümayəndələrini dəyişə və ya saxlaya bildikləri haqda məlumat veriblər. Belə olan halda isə onlar artıq yeni kompozisiyalarla çıxış edəcəklər.

 

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar