NƏRGIZ CƏLILOVA Bir ordu insan toydan evə çörək aparır FOTO

Oxunma sayı: 334
Yerli       18 May 2020, 15:49
NƏRGIZ CƏLILOVA        Bir ordu insan toydan evə çörək aparır FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"İnsanların bu qədər aqresiv olmasını anlamıram. Hərdən bunu çözmək istəyirəm. Karantin günlərində də insanlar bir-birinə dayaq olmaq əvəzinə tənqid yazır, əsəb göstərirdilər. Əgər pandemiya bizi birləşdirmədisə, nə birləşdirə bilər?". Bu sözləri Əməkdar artist Nərgiz Cəlilova Azmedia.az saytına açıqlamasında deyib. O, bildirib ki, karantin günlərində evdən yalnız işlə bağlı çıxıb: "Yalnız işə gedib-gəldim. Başqa günlər də evdə oturdum". N.Cəlilova telekanallardan bəhs edərək bunları söyləyib: "Televiziyalar dövrün və zamanın tələblərinə uyğun hərəkət etməlidir. Cəmiyyətdən bir addım öndə olmalıdır. Hətta saytlarda dərc edilən xəbərləri də qabaqlamalıdır. Çox təəssüf ki, hazırda tam əksini görürük. Ona görə də indi çoxları deyir ki, Azərbaycan kanallarına baxmırıq, maraqsızdır. Verilişlərdə eyni fikirlər başqa-başqa cümlələrlə səsləndirilir. Buna görə də tamaşaçıya maraqsız gəlir. Niyə bilmirəm, amma tamaşaçılar insanların efirdə yazıq vəziyyətini görmək istəyirlər. Yaşa dolmuş yaradıcı insan formadadırsa, təravətini itirməyibsə, ağlı başındadırsa, izləyicilər ona xoşagəlməz sözlər yazırlar, zahiri görünüşünü lağa qoyurlar. Amma yaşa dolmuş incəsənət nümayəndəsi bir problem yaşayırsa, insanların dərhal ona yazığı gəlir və başlayırlar dəstək olmağa". Cəlilova toyların dayandırılmasından da bəhs edib. O, sosial şəbəkədə el şənliklərinin sentyabra qədər təxirə salınması xəbərinə "Dostumuz Murad Arif sosial şəbəkə hesabında yayılan bu xəbərlərlə bağlı iradını bildirdi. Toy qadağasına sevinən insanlar, nəyə görə sevinirsiz? Ən işlək bizneslərdən biri də toydur. Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm" reaksiyasını verib.
Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar