Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxdu - Vəziyyəti ağırdı

Oxunma sayı: 350
İdman       19 May 2020, 09:24
Həbib Nurməhəmmədovun atası koronavirusa yoluxdu     - Vəziyyəti ağırdı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Həbib Nurməhəmmədovun bir müddət öncə xəstəxanaya yerləşdirilən atası Abdulmanap Nurməhəmmədov koronavirusa yoluxub.

 

Azmedia.az xəbər verir ki, bu barədə idmançı özü şəxsi "Instagram" hesabında məlumat verib.

 

Həbib bildirib ki, atası hazırda Moskvadakı xəstəxanalardan birində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.

 

İdmançının atası süni nəfəs aparatına qoşulub:

 

“Atamın ürəyində virusa görə problemlər yaranıb. Bir il əvvəl ürəyindən əməliyyat olunmuşdu. İndi yenidən əməliyyat olundu. Atamın vəziyyəti çox ağırdır”.

 

Həbib həmçinin Dağıstanda yaşayanlara müraciət edib. O bildirib ki, regionda vəziyyət yaxşı deyil. Virusun təsiri artdığı üçün xəstəxanalar xəstələrlə dolub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar