Bakıda polis əməliyyat keçirdi - Saxlanılanlar var

Oxunma sayı: 355
Kriminal       19 May 2020, 12:13
Bakıda polis əməliyyat keçirdi     - Saxlanılanlar var

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda narkotik satan şəxslər yaxalanıb.

 

Azmedia.Az-ın  məlumatına görə, Binəqədi rayon 40-cı Polis Bölməsinin əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, 1976-cı il təvəllüdlü Saleh Nuriyevi saxlayıb. Üzərinə baxış keçirilərkən ondan 0,137 qram heroin, 0,172 qram metamfetamin aşkar edilərək götürülüb.

 

Həmin gün Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1983-cü il təvəllüdlü Turab Paşayev saxlanılıb. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,296 qram heroin, 0,528 qram metamfetamin aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar