Lerikdə Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuş onlayn flaşmob təşkil olunub - VİDEO

Oxunma sayı: 458
Ölkə       20 May 2020, 00:56
Lerikdə Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuş onlayn flaşmob təşkil olunub    - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Lerik rayonunda Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuş onlayn flaşmob təşkil olunmuşdur.

 

Azmedia.az Buta.ws-ə istinadən xəbər verir ki, Lerik Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi" 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuş onlayn flaşmob keçirilmişdir. Onlayn flaşmoba qatılan lerikli gənclər evdə qalaraq Dövlət Himnini səsləndirmiş və videosunu təşkilat komitəsinin müəyyənləşdirdiyi WhatsApp nömrəsinə göndərmişlər. Gənclərin göndərdiyi videoçarxlardan Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuş videoçarx hazırlanmış və sosial şəbəkələrdə paylaşılaraq böyük marağa səbəb olmuşdur. Həmin videoçarxı sizlərə təqdim edirik.

 

Elcan Məmiyev

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar