Milli Məclisin 30 illik deputatı Zeynəb Xanlarovadan rüsvayçı ETİRAF - VİDEO

Oxunma sayı: 448
Yerli       20 May 2020, 17:26
Milli Məclisin 30 illik deputatı Zeynəb Xanlarovadan rüsvayçı     ETİRAF - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Eks-deputat Zeynəb Xanlarovanın uşaqpulu verilməsinə qarşı çıxış etməsi barədə ictimaiyyətdə söz-söhbət gəzir.

 

Azmedia.az  xəbər verir ki, altı çağırış Milli Məclisin kürsüsündə əyləşən Xalq artisti Reaksiya TV-yə açıqlamasında məsələyə aydınlıq gətirib:

 

"Bu məsələ mənim yaralı yerimdir. 30 il Milli Məclisin üzvü olmuşam, gedin araşdırın, əgər mən bu kəlməni demişəmsə, həmin çıxışı tapıb üzə çıxarın. O sözlər mənə aid deyil. Zeynəb xalqın zərərinə olan sözü deməz. Mən deyirəm, uşaq pulunu versinlər, nəinki verilməsin. O barədə heç söhbət olmayıb. Bu barədə Milli Məclisdə müzakirə olmayıb. Bu məsələni heç irəli sürməyiblər ki, Zeynəb də danışsın".

 

Qeyd edək ki, uşaqpulu ilə bağlı müzakirələr Milli Məclisdə dəfələrlə müzakirəyə çıxarılıb. Zeynəb Xanlarovanın bu barədə məlumatsız olması absurddur və qəbuledilməzdir. Eks-deputatın bu açıqlaması parlamentdə müzakirəyə çıxarılan məsələlərdən xəbərsiz olması ilə bağlı bir etirafdır.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar