İmişlinin yeni icra başçısı bu məmurun qohumudur - FOTO

Oxunma sayı: 703
Ölkə       21 May 2020, 15:47
İmişlinin yeni icra başçısı bu məmurun qohumudur    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xəbər verdiyimiz kimi, Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

Unikal.org-un əldə etdiyi məlumata görə, E.Rzayev bu təyinata qədər sıra dövlət vəzifələrində çalışıb. Əmlak Məsələləri Dövlət Komitəsinin dövlət müəssisələri və əmlakın idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

 

Əziz Əzizov Cəlilabaddan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat aldıqdan sonra E.Rzayev rayonun Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edib. Qısa vaxtdan sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsinə təyinat alıb. 


Qeyd edək ki, E.Rzayev Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun yaxın qohumudur. 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar

Son 12 saatda yüklənən xəbər yoxdur