Pasportu cibinə qoy, gəz: Sərhədlər açılandan sonra azərbaycanlılar hansı ölkəyə belə gedəcək?

Oxunma sayı: 314
Ölkə       21 May 2020, 23:38
Pasportu cibinə qoy, gəz: Sərhədlər açılandan sonra azərbaycanlılar hansı ölkəyə belə gedəcək?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bəlkə də çox az adam bilir ki, Avropada Azərbaycan vətəndaşlarının vizasız gedə biləcəyi dövlətlər var.

 

Əvvəlcə “viza nədir?” sualını cavablandıraq. Viza bir dövlətin xarici nümayəndəlikləri və ya gömrük orqanları vasitəsilə ölkəsinə səyahət edəcək xarici vətəndaşın pasportuna vurulan və həmin vətəndaşın ölkəsinin sərhəd qapısına qədər gedərək sərhəd orqanlarına daxil olmaq üçün müraciət edilə biləcəyini göstərən yazılı icazə sənədidir. Göründüyü kimi, bu sənəd olmadan ölkədən-ölkəyə keçmək, dünyada səyahət etmək mümkün deyil. Bir çox dövlətlər isə öz milli turizmlərinin inkişafı naminə başqa ölkələrlə (onların içində qonşular üstünük təşkil edir) qarşılıqlı şəkildə viza rejimlərini ləğv edib.

 

Ona görə də istər turistlər, istərsə də həmin ölkədə qohumları, yaxınları olanlar əlavə bürokratik maneə olmadan bir-birinin ərazisinə sərbəst şəkildə gedib-gəlirlər.

 

Maraqlıdır, Azərbaycandan hansı Avropa ölkəsinə vizasız gediş-gəliş var?

 

Azmedia.az Cebhe.info-ya istinadən xəbər verir ki, vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələr 3 qrupa bölünür:

 

1-ci qrupa daxil olan ölkələrə vətəndaşlıq pasportu ilə getmək və qeyd olunan müddət qədər orda yaşamaq mümkündür. Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Ukrayna, Türkiyə belə ölkələrdəndir.

 

2-ci qrup ölkələrə getmək üçün əslində viza tələb olunsa da, həmin ölkələrdə Azərbaycan vətəndaşlarına vizalar elə sərhəddə, avtomatik olaraq verilir. Ona görə də faktiki olaraq, bu ölkələrə getmək üçün də əvvəlcədən viza almaq lazım deyil. Bu siyahıya Bolivia, İran, İraq, İsrail, Madaqaskar daxildir.

 

3-cü qrup ölkələrə yalnız diplomatik və ya xidməti pasportlar vasitəsilə vizasız getmək olar. Belə ölkələr içərisində Albaniya, Almaniya, BƏƏ, Braziliya, Fransa, İspaniyanın adlarını çəkə bilərik.

 

Məlumat üçün bildirək ki, 01.12.2019-cu il tarixindən etibarən İran İslam Respublikası vətəndaşlarına münasibətdə sərhəd-keçid məntəqələrindən rəsmiləşdirilən giriş icazəsi və viza ləğv edilir. Beləliklə, İran vətəndaşları Naxçıvan Muxtar Respublikasının ərazisinə vizasız və giriş icazəsiz daxil ola və 15 günədək orada qala bilərlər.

 

Amma Avropa Birliyinin üzvü olan və Şengen zonasına daxil olan ölkələrin heç birində Azərbaycan vətəndaşları vizasız səfər edə və yaşayış üçün qala bilməz. Bunun da səbəbi Azərbaycanla Avropa Birliyi arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmaması və ya ləngiməsidir. Avropa Birliyi ilə Azərbaycan arasında viza rejimi sadələşdirilib, lakin vizanın birtərəfli və ikitərəfli qaydada ləğv olunması haqda qərar yoxdur. Əslində, Şengen ölkələri istisna olmaqla istənilən başqa ölkənin səfirliyindən, konsulluğundan viza almaq çətin deyil. Şengen ölkələrindən də viza almaq “dəhşətli dərəcədə” də çətin olmur. Hərçənd o qədər tez və asan da başa gəlmir. Bu ölkələrə miqrant axının yüksək həddə çatdığı və bütün hədləri keçdiyi üçün Şengen sazişinə daxil olan ayrı-ayrı ölkələr başqa dövlətlərin vətəndaşlarına viza verərkən məsələyə həssas yanaşır, araşdırma aparır, ölçüb-biçirlər. Ona görə də bəzi adamlara viza verilmir. Bu işə məsul olanlar şübhələnir ki, şəxs onun ölkəsinə gedəcək, yaxud oradan başqa bir Şengen ölkəsinə adlayacaq və geri qayıtmayacaq. Belə hallar çox olub, ona görə də ehtiyatlı davranılar. Bəzən isə qurunun oduna yaşı da yandırırlar. Hər halda viza baryeri Avropaya axının qarşısını müəyyən qədər dayandıra bilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar