Şəhriyar Məmmədyarov 10 min dollarlıq turnirə qatılacaq

Oxunma sayı: 441
İdman       22 May 2020, 15:37
Şəhriyar Məmmədyarov 10 min dollarlıq turnirə qatılacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov onlayn turnirə dəvət alıb. 

 

Azmedia.az  port24.az-a istinadən xəbər verir ki, 35 yaşlı qrossmeyster Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Sharjah Chess" klubunun təşkil edəcəyi beynəlxalq çempionatda qüvvəsini sınayacaq.

 

Məmmədyarovla yanaşı, turnirdə Rüstəm Qasımcanov (Özbəkistan), Pentala Xarikrişna (Hindistan), Ceffri Syun (ABŞ), Bassem Amin (Misir) və Saleh Salem (BƏƏ) də iştirak edəcəklər.

 

Mükafat fondu 10 000 ABŞ dolları olan turnir 12-13 iyunda keçiriləcək. Ən güclü şahmat turnirlərindən hesab olunan yarış 2 dövrədən ibarət olacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar