Qəbələdə qoyun oğruları saxlanıldı - FOTO

Oxunma sayı: 389
Hadisə       22 May 2020, 16:45
Qəbələdə qoyun oğruları saxlanıldı      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qəbələ Rayon Polis Şöbəsinə vətəndaşa məxsus şəxsi təsərrüfatdan naməlum şəxs və ya şəxslər tərəfindən 12 baş qoyunun oğurlanması barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən  Azmedia.Az-a  verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xırdabuynuzlu heyvanları oğurlayan şəxslərin rayonun Kürd kənd sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Məhəmməd Məmmədxanov və Anar Aslanov, həmçinin Ağdam rayon sakini Vahid Qəhrəmanov olduğu müəyyən edilib.

 

Onlar şübhəli şəxs qismində saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər heyvanları oğurladıqdan sonra A.Aslanova məxsus həyətyanı sahədəki tövlədə gizlədiblər. Xırdabuynuzlu heyvanlar həmin yerdən götürülərək sahibinə geri qaytarılıb.

 

Faktla bağlı Qəbələ RPŞ-də araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar