Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırıldı - YENİ QRAFİK

Oxunma sayı: 317
Ölkə       24 May 2020, 08:57
Bakı-Sumqayıt elektrik qatarlarının sayı artırıldı     - YENİ QRAFİK

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sərnişin sıxlığının artması ilə əlaqədar bu gündən etibarən Abşeron dairəvi dəmir yolu xətti ilə daha iki qatar hərəkətə başlayacaq.

 

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, Sumqayıt-Pirşağı-Bakı istiqaməti üzrə hərəkət edən 6620 nömrəli qatar Sumqayıtdan 18:10-da yola düşəcək və Bakıya 19:00-da çatacaq.

 

Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət edən 6023 nömrəli qatar isə Bakıdan 19:16-da yola düşəcək və Sumqayıta 19:53-də çatacaq.

 

Qeyd edək ki, bu qatarlar yalnız iş günlərində işləyəcək.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar