Əməkdar artist skripkaçı oğlu ilə küsülü imiş - VİDEO

Oxunma sayı: 366
Yerli       25 May 2020, 09:30
Əməkdar artist skripkaçı oğlu ilə küsülü imiş     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əməkdar artist Elza Seyidcahanın oğlu Əkbərlə küsülü olduğu üzə çıxıb.

 

Azmedia.az oxu.az-a istinadən xəbər verir ki, sənətçi “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən proqramın aparıcısı Zaur Kamalın “Oğlunuz Əkbərlə 6-7 aydır ki danışmırsız?” sualı Seyidcahanı çıxılmaz vəziyyətə salıb.

 

Sualdan dili-dodağı quruyan Əməkdar artist cavabı ilə gah nala, gah da ki mıxa vurub:

 

“Ailəvi surətdə soyuqluq yoxdur. Kürəkənim Elxan dizaynerimdir. Geyimlərimin müəllifi Elxanın özüdür. Əkbər Elxana deyir ki, istəyirəm, anam sadə geyinsin, sən isə onu daha da ekstravaqant geyindirirsən. Əkbər düzgün etmir. Çünki Elza Seyidcahan ailəsini, uşaqlarını, nəvəsini bu imicinin ruzisi ilə ərsəyə gətirib. Mən sənətimin peşəkarıyam. Camaata nümunəyəm. Camahat mənə həsəd aparır. Hətta paxıllıq edirlər. Oğlumla da danışıram, evlərinə də gedib-gəlirəm”.

 

Qeyd edək ki, Elza Seyidacahanın oğlu Əkbər 2014-cü ilin aprelində Xəyalə adlı xanımla ailə qurub. Uzun müddət cütlüyün övladı olmayıb. Altı ildən sonda Əkbərin Akif adlı oğlu dünyaya gəlib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar