Bağ evlərinə tələbat artıb - VİDEO

Oxunma sayı: 331
Cəmiyyət       25 May 2020, 09:48
Bağ evlərinə tələbat artıb     - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Son vaxtlar bağ evlərinə tələbat artıb.

 

Bu isə öz növbəsində qiymət artımına səbəb olub.

 

Azmedia.az  Xəzər TV-yə istinadən xəbər verir ki, koronavirusla mübarizə səbəbindən sərhədlərin bağlı olması tətil vaxtlarında insanların xarici yox, daxili turizmə meyl etməsinə gətirib çıxarıb.

 

Buna görə də Azərbaycanda bağ evlərinə olan tələbat artıb.

 

Əmlak ekspertlərinin sözlərinə görə, artıq 2 aya yaxındır ki, insanlar daha çox bağ evlərini kirayə götürürlər.

 

Tələbatın çox olması isə bahalaşmaya səbəb olub.

 

Hətta qiymətlərin daha da artması ehtimal edilir.

 

Ən çox tələbat olan bağlar isə Novxanı və Mərdəkan istiqamətlərindədir.

 

Buradakı evlərin qiyməti yerinə və evin vəziyyətinə görə dəyişir.

 

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar olaraq xarici ucuşlar bir müddətdir, təxirə salınıb.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar