Ağdaşda keçmiş məhkumun evində narkotik aşkarlanıb

Oxunma sayı: 344
Kriminal       25 May 2020, 11:33
Ağdaşda keçmiş məhkumun evində narkotik aşkarlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

 

Azmedia.az  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata əsasən bildirir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Fəqan Nəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı F.Nəbiyevdən kiçik ölçülü kağız və sellofan bükümlərdə narkotik vasitə tiryək, psixotrop maddə metamfetamin və metadon həbləri aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib. Oradan da yuxarıda adları qeyd olunan narkotik vasitələr və psixotrop maddələr, həmçinin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 28 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar