Azərbaycanda daha bir məhdudiyyət götürüldü

Oxunma sayı: 405
Ölkə       25 May 2020, 15:19
Azərbaycanda daha bir məhdudiyyət götürüldü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az  xəbər verir ki, bu gündən Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, muzeylər, tarix-mədəniyyət qoruqlarında "açıq qapı" günləri başlayır.

 

28 May - Respublika Günü və Ramazan bayramı münasibəti ilə yaranmış qeyri-iş günlərində vətəndaşların asudə vaxtlarının səmərəli təşkil olunması və Azərbaycan xalqının zəngin mədəni irsi və qədim tarixi ilə yaxından tanış olmaq məqsədi ilə 25-28 may tarixlərində adıçəkilən müəssisələrə giriş sərbəst olacaq.

 

Müəssisələrin fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçiriləcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar