Gəncədə qonaqlıqdan sonra evində amansızlıqla qətlə yetirilən şəxs keçmiş polis imiş - TƏFƏRRÜAT

Oxunma sayı: 330
Kriminal       26 May 2020, 15:00
Gəncədə qonaqlıqdan sonra evində amansızlıqla qətlə yetirilən şəxs keçmiş polis imiş     - TƏFƏRRÜAT

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Gəncə şəhərində, Təbriz küçəsi, 48 saylı ünvanda kəsici-deşici alətlə öldürülən şəxs keçmiş polis olub.

 

Azmedia.Az-ın məlumatına görə, mayın 26-da, saat 8 radələrində evində meyiti tapılan Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov uzun illər Gəncə Baş Polis İdarəsində müstəntiq işləyib.

 

O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.

 

Onun evində yeyib-içmək məclisindən sonra tanışı tərəfindən qətlə yetirildiyi bildirilir.

 

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar