Azərbaycanda itləri döyüşdürüb bir-birinə yedirirlər - DİN məsələyə qarışdı - FOTO

Oxunma sayı: 581
Kriminal       26 May 2020, 16:30
Azərbaycanda itləri döyüşdürüb bir-birinə yedirirlər       - DİN məsələyə qarışdı - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sumqayıtda it döyüşləri təşkil edənlərlə bağlı araşdırmalara başlanılıb.

 

Azmedia.az bildirir ki, qafqazinfo-nun verdiyi xəbərə görə, sosial şəbəkələrdə itlərin döyüşdürülərək bir-birini parçalaması barədə videogörüntülər yayılıb. Məlumatda qeyd olunub ki, Mətləb adlı şəxs "Pitbull" fermasında it döyüşləri təşkil edir. İddiaya görə, itlərə narkotik vurub, ölənə qədər döyüşdürürlər. Qeyd edilir ki, hətta küçədən adi itləri tutub, döyüşçü itlərin önünə atırlar. "Pitbull" küçə itini öldürdükdən sonra isə onun cəsədi doğranılır və cavan döyüş itlərinə yedizdirilir. 

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfo-ya bildirib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər nəzarətə götürülüb və müvafiq qaydada araşdırma aparılır.

 

Sosial şəbəkələrdə təşkilatçılardan biri olduğu qeyd edilən şəxs haqda məlumat yayılıb. Özünü Mister Yavo kimi təqdim edən şəxs qafqazinfo-ya açıqlamasında bir neçə il əvvəl Sumqayıtda it döyüşdürdüklərini etiraf edib: "Cavan olmuşuq, bilməmişik. Bunları etmişik. Amma indi belə şeylərdən uzağam. Özüm də 3 ildir Azərbaycanda yaşamıram. Yayılan görüntülər isə bizim döyüşlərdən deyil, bizə aidiyyatı yoxdur".

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar