Qarabağın ürəyi olan Şuşa niyə sızlayır?

Oxunma sayı: 433
Siyasət       27 May 2020, 00:06
Qarabağın ürəyi olan Şuşa niyə sızlayır?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Şuşa Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən bir şəhərdir. Qarabağ hökmdarı Pənahəli xan bu şəhərin təməlini 1752-ci ildə qoymuşdur. İlk çağlarında isə şəhərin Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adı da qoyulmuşdur. XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilmişdir.

 

XIX əsrin sonu XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdir. Şuşanı kiçik Paris, Qafqazın sənət məbədi, Azərbaycan musiqisinin beşiyi adlandırırdılar. Şəhərin ərazisi dağlıqdır və ən yüksək zirvəsi Böyük Kirs dağıdır. Şəhərin kənarında Dərin Daşaltı dərəsinin yaxınlığında yeeləşən Cıdır düzü isə xüsusi olaraq məhşurdur. 1992-ci ildə Şuşa şəhərindən cənubda, əhəng daşları çox köhnə əsrlərə dayanan Xan mağarası Ermənilər tərəfindən yer ilə yeksan edilmişdir. Şəhərdə Şuşanın rəmzlərindən biri olan Xarıbülbül ilə bağlı bir neçə rəvayətlər dillərə dəstan kimi ortalarda bir qulaqdan digər qulağa yayılıb. Deyilənə görə Fətəli Şah Qacar, Şuşa üçün darıxan, özünə qapanan, Şuşa haqqında dayanmadan şeirlər yazan həyat yoldaşı, Qarabağ xanı İbrahim Xəlil xanın qızı, Ağabəyim Ağa üçün bir bağ saldırır. Bu bağda Qarabağda olan bütün bitkiləri əkdirsə belə Xarıbülbüə heç zaman o yad torpaqlarda  gün işığı dəymir. XIX əsirdə Şuşa, ölçüsü və sərvətinə görə Bakı və İrəvandan daha da öndə gedən şəhərlərdən biri idi. Çar hökümətinin himayədarlığı ilə Şuşada Ermənilər Azərbaycanlıları sıxmağa başladılar. 1905-ci ilin iyun ayının 5-də Ermənistan və Azərbaycan vətəndaşlarının toqquşması yarandı. Ermənilər bundan sonra öz qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün durmadan, ara vermədən səngərlər tikir, silahlanır, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər. 1918-1920-ci illər arasında ermənilər bir neçə dəfə Şuşaya hücum çəkib torpağımızı yandırsalar da, Şuşalılar özlərini qəhrəmanlıqla müdafiə etmişlər.

 

İllər boyudur xarı bülbülün yetişdiyi torpağımıza, Yuxarı Gövhər ağa məscidində əllərimizi göyə qaldırmağa, xanəndələrimizə, şairlərinə, rəssamlarına müsiqə məclislərinə bir söz ilə Şuşaya həsrət qalmışıq. 1992-ci ilin 8 May tarixindən bu yana  Azərbaycanın qan yaddaşına qara hərflərlə yazılmış Şuşa şəhərinin işğalından öncə Azərbaycan mədəniyyətinə  Xurşidbanu Natəvan, rəssam Mir Möhsün Nəvvab, tar musiqi alətini təkmilləşdirən məşhur tarzən Sadıqcan, xanəndə, Xan Şuşiniski, yazıçılardan Əbdürrəhim bəy Haqverdiyev, Azərbaycan musiqisinin banisi Şuşa şəhərində doğulmasa da burada yaşamış Üzeyir Hacıbəyov və başqaları kimi dahi nümayəndələri bəxş edib. Şuşa şəhərinin düşman əllərdə olması onun sakinlərinin qəlbində adətən bir qara yara açıb. Hələ də o başı dumanlı dağları, yaşıllıqları, mənzərələri burada yaşamış və dünyaya gəlmiş insanların heç biri unuda bilmir.

 

Lakin bir müddət bundan öncə sanki bir qorxulu röya kimi  bizə bir zərbə dəydi. Qondarma seçkilər Qafqaz aləmində olan sülh və sabitlik qaydalarına əməl etmədi və inkişafa ən böyük təhdid oldu. Buradan anlaşılan odur ki, qarşı tərəfin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarında iştirak etməsi görüntü xarakterlidir. Edilən qondarma seçkilərdən sonra  beynəlxalq təşkilatların bir çoxu narazıçılıqlarını bildirdilər. Bunların bəziləri: Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatıdır. Xülasə hələ öz xalqının sağlamlığının qorunmasını ələ ala bilməmişkən Qarabağda qondarma seçkilər ssenarisi qurmasına siyasi riyakarlıqdan başqa heç bir ad verilə bilməz.

 

Bir digər zidiyyətli addımı isə Şuşada andiçmə mərasiminin həyata keçirilməsi və Ermənilərin qondarma paytaxtlarını elan etməsi oldu. Ermənilər bir daha bütün dünyaya öz iç üzlərini sübut etdilər və gözlər önünə sərdilər ki onların sözün əsl mənasında özlərinin olmayan torpaqlara qarşı nəfisləri var. Onlar yenə eyni səhvi təkrarladılar və göstərməyə çalışdıqları yer ilə yeksan olunmuş imicləri isə dünya ictimaiyyətinin bu məsələyə etiraz etməsinin onlara heç bir narazıçılıq törədməyəcəyidir.

 

Mədinə Vəliyeva

Buta.ws

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar