Suraxanıda inanılmaz olay: Ata 11 yaşlı oğlunu... (FOTO)

Oxunma sayı: 344
Hadisə       27 May 2020, 11:48
Suraxanıda inanılmaz olay:     Ata 11 yaşlı oğlunu... (FOTO)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Azmedia.az   "report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

 

Belə ki, rayonda yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü A.Z-nin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib. Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb. Azyaşlının anası bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə isə A-Z.-nin atasının hərəkətinə etiraz etdiyi üçün baş verib.

 

Belə ki, 11 yaşlı yeniyetmənin dilənməyə qarşı çıxmağı onun bıçaq və yumruq zərbələrinə məruz qalması ilə nəticələnib.

 

Faktla bağlı ailə üzvləri tərəfindən Suraxanı Rayon Polis İdarəsinə şikayət olunub.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar