Bakıda qadın uşağına əsəbiləşib zəhərli dərman içdi

Oxunma sayı: 378
Cəmiyyət       27 May 2020, 16:40
Bakıda qadın uşağına əsəbiləşib zəhərli dərman içdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ötən gün Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinin əməkdaşları tərəfindən iki intihar cəhdi qeydə alınıb.

 

Bu barədə  Azmedia.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

 

Xəzər rayonunda qadın azyaşlı uşağı ilə münaqişə edib, sonra isə intihara cəhd edib. Hadisə mayın 27-nə keçən gecə Binə qəsəbəsində baş verib.

 

1983-cü il təvəllüdlü qəsəbə sakini Amanti İsmayılova azyaşlı oğluna qəzəblənərək, gənə əleyhinə dərman (kreolin) içib. Nəticədə A.İsmayılova 1 nömrəli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qadının vəziyyəti hazırda qənaətbəxşdir.

 

Faktla bağlı Xəzər Rayon 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

Dünən gecə isə daha bir intihara cəhd hadisəsi Yasamal rayonunda qeydə alınıb.

 

Belə ki, 1989-cu il təvəllüdlü Zaur Zahirov qohumları ilə münaqişədən sonra intihara cəhd edib. O, üstünə kerosin tökərək özünü yandırıb.

 

Xoşbəxtlikdən onun yaxınları faciənin qarşısını ala biliblər. Z. Zahirov üçüncü dərəcəli yanıq xəsarəti ilə 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.

 

Xəstənin vəziyyəti ağır qiymətləndirilir. Hazırda rayon istintaq orqanı kişini intihara sövq edən səbəbi araşdırır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar