Cavid Osmanov: "Azərbaycan öz müstəqilliyini igid oğul və qızlarının qanı bahasına əldə etdi" - FOTO

Oxunma sayı: 333
Siyasət       27 May 2020, 22:09
Cavid Osmanov: "Azərbaycan öz müstəqilliyini igid oğul və qızlarının qanı bahasına əldə etdi"    - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə sahibdir. 1918-ci ildə Şərqdə ilk Demokratik Respublikanın qurulması da bunun göstəricisidir. Cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Demokratik Respublikası dövlətçilik əsasları  baxımından çöx böyük nəaliyyətlərə imza atmış oldu. Ordu, Parlament, təhsil ocaqlarının, xüsusilə də indiki Bakı Dövlət Universitetinin yaradılması, xarici əlaqələrin qurulması istiqamətində görülmüş işləri qeyd etmək yerinə düşər. Çox təəssüflər olsun ki, Azərbaycan Demokratik Respublikasının ömrü qısa oldu. Bunu isə şərtləndirən xarici ölkələrin təsiri əsas olsa da təəssüf ki, daxildə də həmin xarici ölkələrin maraqlarına xidmət edənlər olmuşdu. 

 

Azmedia.az xəbər verir ki, bu sözləri Buta.ws-a açıqlamasında Ağdaş rayon Millət Vəkili Cavid Osmanov söyləyib. 


Cavid Osmanovun söylədiyinə görə tarixə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövlətçiliyi keşməkeşli dövürlərdən keçmişdir. Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Azərbaycan 70 ildən çox bir dövrü Sovetlər Birliyinin tərkibində yaşamalı oldu. Lakin 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Düzdür, bu proses xalqımız üçün heç də asan başa gəlmədi. Xalqımız 1990-cı ilin 20 yanvarı kimi bir faciəni yaşadı. Başqa sözlə desək Azərbaycan öz müstəqilliyini igid oğul və qızlarının qanı bahasına əldə etdi. Onu da qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində ölkəyə rəhbərlik edən naşı və savadsız hakimiyyət və rəhbərlər üzündən ölkə öz müstəqilliyini bu dəfə də qısa zaman kəsiyində itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Xüsusilə AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə. Bu adamlar silah gücünə ölkədə hakimiyyəti ələ alaraq ölkədə dərəbəylik yaratmışdılar. Bu isə Azərbaycan Demokratik Respublikasının ənənlərinin və dövlətçilik prinsiplərinin kobud formada pozulması demək idi. Müstəqilliyin itirilməsi və ölkənin parçalanması təhlükəsini görən ziyalı təbəqə və xalqımız çıxış yolunu ulu öndər Heydər Əliyevin Bakıya gəlməsində görürüdülər. Xalq öz xilaskar oğluna müraciət etdi və ulu öndər Bakıya qayıtdı. Məzh bundan sonra proseslər tamam başqa istiqamətdə, xalqın və dövlətin, bir sözlə milli maraqlarımız istiqamətində cərəyan etməyə başladı. 


Müstəqil Azərbaycan Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ulu öndər Heydər Əliyev hələ 1990-cı ildə Naxçıvanda yaşadığı zaman Azərbaycan Sovetlər birliyinin tərkibində olduğu müddətdə bu istiqamətdə çox böyük işlər görmüşdü. Belə ki,  17 noyabr 1990-cı ildə sıravi xalq deputatı Heydər Əliyevin sədrliyi ilə keçən muxtar respublika Ali Məclisinin birinci sessiyasında ilk növbədə, "Naxçıvan Muxtar Sovet Sosialist Respublikası"nın adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun "Naxçıvan Muxtar Respublikası" adlandırılması haqqında qərar qəbul edildi. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin Ali Məclis adlandırılması barədə qərar qəbul olundu. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi təsis edildi.  


Ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinə və onun yaradıcılarına böyük hörmət və ehtiramla yanaşmış, onların xatirəsini əziz tutmuşdur. Naxçıvan Ali Məclisinin sədri olarkən ulu öndər Heydər Əliyev 1992-ci ilin mart ayının 22-də Anakarada M.Ə. Rəsulzadənin məzarını ziyarət etmişdi. Bu gün özünü Rəsulzadə tərəfdarı kimi qələmə verməyə, özünü Rəsulzadə ilə reklam etməyə çalışan AXC-Müsavat cütlüyü, xüsusilə də Əli Kərimli o zaman harada idilər? Həmin dövürdə, onların yadına Rəsulzadə düşmürdü, çünki onların başı paytaxt Bakıda qanuni Ayaz Mütəllimov hakimiyyətini devirmyə qarışmışdı. Heç hakimiyyətdə olduqları bir illik dönəmdə də Rəsulzadə yadlarına düşmədi.


Ulu öndər Heydər Əliyev ölkə prezidenti olarkən də dəfələrlə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcılıarı haqqında öz fikirlərini bölüşmüş, 1998-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubleyinə həsr olunmuş ümumrespublika mərasimin keçirilməsi haqqında Sərəncam imzalamış və çox böyük yubley mərasimi keçirilmişdi. Bundan əlavə ulu öndərin Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də cənab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları bu qəbildən olan nümunələr sırasında xüsusi olaraq qeyd edilməlidir. 


2018-ci ildə cənab prezident İlham Əliyevin müvafiq Sərəncamıları ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmiş və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi ölkəmizdə çox geniş formada qeyd olunaraq hər bir sahədə yubley ili çərçivəsində mədəni-kütləvi tədbirlər təşkil olunmuşdur. Bu tədbirlərdən birini xüsusilə qeyd etmək yerinə düşər. 2018-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin çəkilməsidir ki, bu da Azərbaycan dövlətçiliyinə verilən yüksək dəyərin nəticəsidir və bu film gənc nəsldə dövlətçilik tariximiz haqqında əyani təsəvvür yaratmış olur.  


Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan dövləti  cənab prezident İlham Əliyevin ulu öndər Heydər Əliyev siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla həyata keçirməsi nəticəsində  bu gün beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevrilmişdir. Aparılan siyasət nəticəsində dövlətçiliyiyimizin möhkəmlənməsi deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi bundan sonra əbədi olacaqdır.  


Necə ki, ulu öndərimiz Heydər Əliyev də bunu hələ neçə illər bundan öncə qeyd edirdi -  “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.- deyə Cavid Osmanov vurğulayıb.

 

Elcan Məmiyev

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar