Salyanda öldürdüyü qadını kanala atan şəxs saxlanılıb

Oxunma sayı: 332
Kriminal       28 May 2020, 15:16
Salyanda öldürdüyü qadını kanala atan şəxs saxlanılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Mayın 26-da Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən su kanalından baş nahiyəsində (küt alətlə) xəsarəti olan 45-50 yaşlı qadın meyiti tapılması ilə barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

 

DİN mətbuat xidmətindən  Azmedia.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Araşdırmalarla  meyitin Saatlı rayon sakini Şəhla İbrahimova olması müəyyən edilib.

 

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Yenikənd kənd sakini, əvvəllər məhkum olunmuş R. Dadaşov tutulub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar