Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Oxunma sayı: 255
Qəza       29 May 2020, 10:26
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Quba rayonunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb.

 

Azmedia.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub.

 

Məlumata əsasən, Quba rayonunun Ördüc kəndi ərazisində "УАЗ" markalı minik avtomobili dərəyə aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar