Azərbaycanda baş redaktorun anası koronavirusdan vəfat etdi

Oxunma sayı: 391
Cəmiyyət       29 May 2020, 11:18
Azərbaycanda baş redaktorun anası koronavirusdan vəfat etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün supersport.az saytının baş redaktoru  Anar Cəfərsoyun koronavirus infeksiyasından əziyyət çəkən anası Zöhrə Cəfərsoy  vəfat edib, bu barədə ailənin yaxın dostu Araz Aslanlı öz Facebook səhifəsində məlumat verib. 
 

" Əziz dostumuz, dəyərli ziyalımız Nazim Cəfərsoyun, Anar Cəfərsoyun və Ramil Cəfərsoyun anası Zöhrə xala vəfat edib.  Allah rəhmət eləsin. Məkanı cənnət olsun! Hamımızın başı sağ olsun.  Allah övladlarına can sağlığı versin!", - deyə Aslanlı yazıb. 
 

Xatırladaq ki, Zöhrə Cəfərsoy artıq  uzun müddətdir koronavirus infeksiyasından əziyyət çəkirdi və  süni tənəffüs aparatına qoşulmuşdu. 
 

Onun oğlu Nazim Cəfərsoy öz Facebook səhifəsində  çağırış edərək bu xəstəliyi ciddiyə almayanlara biganə qalmamağı və gigiyena qaydalarına riayət etməyi dəfələrlə tövsiyyə etmişdi. 

 
Anar Cəfərsoy özü də koronavirus infeksiyasından əziyyət çəkir və hazırda xəstəxanada müalicə olunur. 
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar