Qadının gizli mesajları üzə çıxdı: "Halalımsan....." Dəhşətli qətlin təfərrüatı

Oxunma sayı: 409
Kriminal       2 İyun 2020, 15:31
Qadının gizli mesajları üzə çıxdı:  "Halalımsan....."         Dəhşətli qətlin təfərrüatı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda qısqanclıq zəmnində arvadını boğaraq öldürməkdə təqsirli bilinən Tural Kazımovun cinayət işi.

 

Azmedia.az  xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verib. Axşam saatlarında Bakı şəhər sakini 28 yaşlı Tural Kazımov Suraxanı rayon 32-ci polis bölməsinə təslim olaraq arvadı Maya Xeyrişlini (1991-ci il təv.) qısqanclıq zəmnində öldürdüyünü bildirib və qadının istifadəsində olmuş mobil telefonu polislərə təqdim edib.

 

Araşdırma zamanı telefonda çoxlu sayda yad oğlan adlarının olması, elə həmin gün Tural Abbasov adlı şəxsdən sms və 1 dəfə zəng gəlməsi müəyyən edilib. 

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Maya Xeyrişlinin ölümünə – boyun üzvlərinin əllə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.

 

İstintaqla müəyyən edilib ki, Tural Kazımov axşam saat 20 radələrində işdən yaşadığı evə gəlib, mətbəx otağında kresloda əyləşib. Arvadı oturduğu divandan, yerdə olan paltarları əyilib götürərkən, xalatının açıq qalan ön hissəsindən "Huawei" markalı mobil telefon düşüb. Bunu görən Tural dərhal telefonu yerdən götürüb. Elə həmin anda Tural adlı şəxsdən həmin nömrəyə zəng gəlib, o cavab verdikdə isə sonuncu əlaqəni kəsib. Kazımov naməlum şəxsin kim olması, onun mobil telefon işlətməsinə qadağa qoyduğu halda nə vaxtdan gizlincə telefon işlətməsi ilə bağlı Mayanı sorğu-sual edib. Yoldaşı cavab vermədiyindən, onun xəyanət etməsinə əmin olub, bu səbəbdən qısqanclıq zəmnində divanda oturan qadının boğazını əlləri ilə tutub sıxmaqla qəsdən həyatdan məhrum edib.

 

İş üzrə dindirilən Tural Kazımov 2006-cı ildə Maya Xeyrişli ilə ailə həyatı qurduğunu, həmin nigahdan üç övladı olduqlarını bildirib.
Arvadı heç yerdə işləməyib, özü xırda ticarətlə məşğul olub. Mayaya telefon işlətməyə icazə verməyib. Həmin axşam həyətdə oynayan uşaqların onların mübahisə etdiklərini görməmələri üçün, mətbəx otağının qapısını içəridən bağlayıb, pəncərənin pərdəsini çəkib. İlk olaraq yoldaşını oturduğu yerdə sinəsindən tutub silkələyərək, telefonun haradan çıxmasını və həmin şəxsin kim olmasını soruşub, lakin sonuncu cavab verməyib. Əsəbləşdiyindən əlləri ilə boğazından sıxıb, 1-2 dəqiqə keçəndən sonra qadının halsızlaşdığını görüb, dərhal əlini boğazından çəkib. 
Hadisə barədə daha ətraflı videonun 19:00-cu dəqiqəsindən baxa bilərsiz.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar