Əməkdar artistin evində faciə: Ağır xəstəliyə görə nəvəsini itirdi - VİDEO

Oxunma sayı: 295
Yerli       2 İyun 2020, 17:17
Əməkdar artistin evində faciə:         Ağır xəstəliyə görə nəvəsini itirdi - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Əməkdar artist Kəmalə Müzəffərin ailəsində faciə yaşanıb.

 

Azmedia.Az xəbər verir ki, aktrisanın qızı dünyaya gətirəcəyi Banuçiçək adlı övladını itirməli olub.

 

Bu barədə K.Müzəffərin “ATV” telekanalında yayımlanan “Bizimləsən” sosial-ictimai proqramda danışıb. Əməkdar artist nəvəsinin talassemiya xəstəsi kimi doğulacağını bildirərək, göz yaşlarına hakim olmayıb:

 

“Bunu biləndən sonra biz də məcbur olub, hamiləliyi dayandırdıq. Bir həftə özümüzə gələ bilmədik. Bunu heç kimə bildirmədik. Kədərimizi də qürurla yaşadıq. Qızım da, kürəkənim də gəncdir. Mən də həmişə onlara dəstək oluram. Əvvəlcədən analizlər verilmişdi, hər şey yoxlanılmışdı. Biz bunu bilirdik və gözləyirdik. Onların səkkiz illik sevgisi var. Türkiyədə birlikdə təhsil alıblar. Onların sevgisi ilə qürur duyuram.

 

Anayam və bunun nə demək olduğunu hamıdan yaxşı bilirəm. Övladım da baş böyüməsindən qucağımda vəfat edib. O zaman onun müalicəsi yox idi. Dördüncü ayında uşağım qucağımda rəhmətə getdi. Şükür edirdim, çünki övladım yaşasaydı, onun müalicəsi mümkün olmayacaqdı, əzab çəkəcəkdi”.

 

Proqramda ekspert qismində iştirak edən ginekoloq Əməkdar artistin qızına yardım edəcəyini söyləyib.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar