Azərbaycanda iyunun 2-də aparılan testlərin sayı açıqlanıb - Yeni yoluxma faktları

Oxunma sayı: 259
Cəmiyyət       3 İyun 2020, 00:00
Azərbaycanda iyunun 2-də aparılan testlərin sayı açıqlanıb     - Yeni yoluxma faktları

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyunun 2-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6968 test aparılıb. Bununla da indiyədək aparılan testlərin sayı 309 min 901-ə çatıb.

Azmedia.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, hazırda ölkəmizdə aktiv koronaviruslu xəstələrin sayı 2300-ə bərabərdir. Xəstələrdən 95 nəfəri reanimasiyadadır ki, onlardan da 14-ü süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 2-də Azərbaycanda koronavirusa daha 273 yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954, 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3564 nəfər müalicə olunaraq sağalıb, 71 nəfər vəfat edib, 2300 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar