Avtovağzal fəaliyyətini bərpa edir? – RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 279
Cəmiyyət       3 İyun 2020, 11:20
Avtovağzal fəaliyyətini bərpa edir?     – RƏSMİ AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ölkədə karantin rejimi tətbiq edildiyi zamandan, yəni mart ayının 19-dan Bakı avtovağzalı da fəaliyyətini dayandırıb və gediş-gəliş ləğv olunub.

 

Karantin rejiminin yumşaldılması və bir çox yerlərdə məhdudiyyətlərin qaldırılmasına baxmayaraq avtovağzal fəaliyyətini hələ də bərpa etməyib.

 

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova  Azmedia.az açıqlamasında bildirib ki, yaxın vaxtlarda fəaliyyət bərpa edilə bilər.

 

“Bununla bağlı dəqiq tarix yoxdur. İstər gediş-gəliş, istərsə də ərazidəki ticarət mərkəzləri hələ ki, bağlıdır. Operativ Qərargahın qərarından asılı olacaq. Bununla bağlı yaxın vaxtlarda məlumat veriləcək”, – deyə Pərvin Məmmədova bildirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar