Bilgəhdə dənizdə batan "Jeep" çıxarılıb

Oxunma sayı: 351
Hadisə       3 İyun 2020, 14:34
Bilgəhdə dənizdə batan "Jeep" çıxarılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizkənarı qumluq ərazidə 1 nəfərin avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazirlikdən  Azmedia.az -a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Jeep" markalı minik avtomobili dalğanın təsiri nəticəsində təxminən 30 metrə qədər dənizin içərisinə doğru hərəkət edib.

 

Həyata keçirilən tədbirlər nəticəsində içərisində 1 nəfərin olduğu avtomobil yedəyə alınaraq təhlükəsiz əraziyə çıxarılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar