Küçəyə çıxma qadağasına əməl etməyən vətəndaşları işgəncə verib öldürdülər

Oxunma sayı: 344
Dünya       3 İyun 2020, 17:25
Küçəyə çıxma qadağasına əməl etməyən vətəndaşları işgəncə verib öldürdülər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Keniyada polislər koronavirusa görə elan edilən komendant saatına əməl etməyən vətəndaşları öldürüblər.

 

Azmedia.az  ölkənin Müstəqil Polis Nəzarəti qurumunun (IPOA) başçısı Anne Makorinin açıqlamasına istinadla xəbər yayır.

 

Onun bildirdiyinə görə, küçəyə çıxma qadağasına əməl etməyən 15 mülki şəxs öldürülüb, 31 nəfər polis tərəfindən işgəncəyə məruz qalıb. Mart ayından bəri polislərlə bağlı 81 şikayət daxil olub.

 

Makori qeyd edib ki, məsələnin aydınlaşdırılması üçün araşdırma başlanıb.

 

Qeyd edək ki, Keniyada koronavirusa qarşı tədbirlər çərçivəsində saat 19:00-dan 05:00-a qədər küçəyə çıxmaq qadağan edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar