Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi - VİDEO

Oxunma sayı: 454
Dünya       4 İyun 2020, 09:25
Corc Floydun ailəsi göz yaşları içində ədalət istədi    - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-da polis zorakılığı nəticəsində öldürülən Corc Floydun ailəsi ilk dəfə kamera qarşısına keçib.

 

Bu barədə  Azmedia.az  xəbər verir ki,

 

C.Floydun altı yaşındakı qızı Cianna və anası Roksi Vaşinqton Minneapolis şəhərində mətbuat konfransı keçirib.

 

“Bizim əlimizdən nəyi aldığınızı bilməyinizi istəyirəm. Onlar günün axırında evlərinə qayıdıb ailələri ilə birlikdə olurlar. Ancaq Ciannanın artıq atası yoxdur. Onun böyüdüyünü görə bilməyəcək. Məzuniyyətinə gələ bilməyəcək, toyunda yanında ola bilməyəcək. Mən uşağım və Corc üçün buradayam. Onun üçün ədalət istəyirəm. Çünki o, yaxşı adam idi. Digərləri nə düşünür, düşünsün”, - deyə, R.Vaşinqton bildirib.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar