Ermənilər atəşkəsi pozmaqda davam edir

Oxunma sayı: 240
Siyasət       4 İyun 2020, 10:27
Ermənilər atəşkəsi pozmaqda davam edir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

 

Azmedia.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

 

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar