Parisdə keçiriləcək olan yarış korona virusa görə Bakıya salındı

Oxunma sayı: 298
İdman       4 İyun 2020, 18:23
Parisdə keçiriləcək olan yarış korona virusa görə    Bakıya salındı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Parisdə keçirilməli olan və koronavirusa görə təxirə salınmış yarış Bakıya salındı.

Bu il Bakıda gimnastika üzrə daha bir yarış keçirilməlidir.

Azmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsi koronavirusa görə təxirə salınmış builki qitə çempionatları barədə qərar çıxarıb.

30 aprel – 3 may tarixlərində Fransanın paytaxtı Parisdə keçirilməli olan qadın idman gimnastları arasında Avropa çempionatı Bakıya salınıb. Bu yarış 17-20 dekabrda paytaxtımızda təşkil olunacaq.

Bundan başqa, Bakıda 27-31 may tarixlərində keçirilməsi planlaşdırılmış kişi idman gimnastları arasında XXXIV Avropa çempionatı dekabrda baş tutacaq. Həmin yarışın yeni tarixi 9-13 dekabrdır.

Həmçinin, Ukraynanın paytaxtı Kiyevdə keçirilməli olan bədii gimnastika üzrə Avropa çempionatı 26-29 noyabrda təşkil olunacaq. Hər üç yarış Olimpiadaya lisenziya qazandıracaq.

Bununla bağlı Avropa Gimnastika Federasiyasının azərbaycanlı prezidenti Fərid Qayıbovun açıqlamasını təqdim edirik:

“Bu qərarlar milli federasiyalardan gələn hazırkı informasiyaya və Avropadakı vəziyyətə əsasən qəbul edilib. Hazırda düşünürük ki, bu tədbirləri payızda təşkil etmək mümkündür. Bununla belə, Avropa Gimnastika Federasiyası növbəti aylarda vəziyyəti qiymətləndirməyə davam edəcək. Həmin tarixdə vəziyyət daha təhlükəsiz hesab olunmasa, buna uyğun qərar verəcəyik. Gimnastların, məşqçilərin, tamaşaçıların sağlamlığı əsas narahatlığımız olaraq qalır”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar