"Azərişıq" ASC-nin sayğac müəmması: - Abonent niyə borclu qalır?

Oxunma sayı: 1119
Açıqlama       1 İyul 2020, 11:09
"Azərişıq" ASC-nin sayğac müəmması:                - Abonent niyə borclu qalır?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bildiyimiz kimi, Yeni Müşfiqabad qəsəbəsində salınmış məcburi köçkünlər şəhərciyindəki binalarda "Azərişıq" ASC tərəfindən smart-kartla işləyən ağıllı sayğaclar tətbiq olunur. Belə sayğaclar karta yüklənmiş məbləğ bitənədək mənzili elektriklə təchiz edir. Başqa sözlə desək, sərfiyyata nəzarət etmək imkanı yaradır. Lakin sözügedən qəsəbədəki sayğaclar heç də təyinatı üzrə "ağıllı" deyilmiş.

 

Azmedia.az-a daxil olan məlumata görə, sakinlər artıq bir-neçə ildir ki, işıq sayğacları ilə bağlı müəmmalı problem yaşayırlar. Belə ki, sayğacın balansında olan məbləğ bitdikdən sonra, yenidən yükləmə yalnız bir məntəqədə mümkündür. Yeni ödəməni ərazi üzrə poçt nümayəndəsi kompüter vasitəsilə həyata keçirir. Yəni digər smart-kartlar kimi ödəmə terminallarının xidmətindən istifadə etmək mümkün deyil. Bundan başqa, məsələnin ən maraqlı tərəfi isə ondan ibarətdir ki, balans bitdikdən sonra, avtomatik olaraq mənzilin işıqları sönməsinə baxmayaraq, abonentə borc yazılır.  Sakinlər deyir ki, pul vəsaiti yükləyən poçt nümayəndəsi borcun haradan yarandığını tam izah edə bilmir. Yalzın sistemdə abonentin adına borc olduğu barədə məlumat verir. Aidiyyatı üzrə müraciət etdikləri "Azərişıq" ASC-nin ərazi nümayəndəliyindən isə daha "maraqlı" izahat verirlər. Dediklərinə görə, bu sayğaclar dövlət tərəfindən təyin edilmiş limiti hesablaya bilmədiyindən, sərfiyyatın hamısını "7" qəpikdən hesablayır. Limitdən artıq sərfiyyat isə "11" qəpiyə satılır. Borc da aradakı bu fərqə görə yaranır.

 

Sayğac hesablamırsa, sərfiyyatın nə qədər olduğunu kim bilir? Və nəyə görə "ağıllı" sayğaclar sərfiyyatı düz hesablamır? Niyə ödəmə terminalları bu sayğacların abonent kodlarını tanımır?

 

Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Vaqif Aydınoğlu Azmedia.az saytına bildirdi ki, "Məsələ ilə bağlı tərəfimizdən yoxlama aparılacaq və qısa vaxt ərzində əhalinin bununla bağlı problemi həllini tapacaqdır."

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar