Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı AÇIQLAMA - VİDEO

Oxunma sayı: 604
Cəmiyyət       29 İyun 2020, 17:41
Azərbaycanda koronavirus xəstələrinin qablarının küçəyə atılması ilə bağlı     AÇIQLAMA - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Cəlilabad Rayon İcra Hakimiyyəti koronavirusdan müalicə alanların yerləşdirildiyi Rayon Mərkəzi Xəstəxanasında insanların sağlamlığına təhlükə yaradacaq əşyaların küçəyə atılması ilə bağlı məsələyə münasibət bildirib.

 

Azmedia.az  bildirir ki, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova Oxu.Az-a açıqlamasında faktı təsdiq edib:

 

“Artıq əşyalar oradan götürülüb. O əşyaların daşınması və utilizasiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) tapşırılıb. Onlara səlahiyyət verilib ki, əşyaları götürsünlər və yandırsın. Agentliyin əməkdaşları məsələyə bir az səhlənkar yanaşıb. Orada xəstə də çoxdur. Tibb işçilərin də istifadə etdiyi əşyalar yığılıb, paketlənib. O əşyalar qısa müddətə orda qalıb”.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar