Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? — RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 480
Ölkə       29 İyun 2020, 20:55
Bu həftə başa çatacaq sərt karantin rejimi uzadılacaq? —     RƏSMİ AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur.

"Azmedia.Az" bildirir ki, bunu modern.az-ın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, hələ qarşıda 1 həftə var:

“Situasiyadan asılı olaraq, vəziyyətə müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar