Bakı Limanı Çindən gələn növbəti yük karvanını Türkiyəyə yola salıb - FOTO

Oxunma sayı: 476
Ölkə       30 İyun 2020, 10:38
Bakı Limanı Çindən gələn növbəti yük karvanını Türkiyəyə yola salıb            - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Çindən hərəkət edən növbəti yük karvanı Bakı Limanından keçərək Türkiyəyə yola salınıb.

 

Bakı Limanından Azmedia.az xəbər verir ki,apa-economics-ə verilən məlumata görə, iyun ayının 30-da Çinin Sian şəhərindən çıxan və Türkiyənin İstanbul şəhərinə istiqamətlənən 43 konteynerdən ibarət blok qatarı Bakı Limanında aşırılıb. 6 saat davam edən yükaşırma əməliyyatından sonra yüklər Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Türkiyəyə çatacaq.

 

Qatarla Türkiyə Respublikasına Çin istehsalı olan elektronika məhsulları göndərilib. Yükdaşımanın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu konsorsiumunun üzvü "Ady Container" MMC-dir.

 

Qeyd edək ki, bu, Sian-İstanbul marşrutu üzrə hərəkət edən ikinci karvandır. "Xi'an Free Trade Port Construction and Operations" logistik platforma tərəfindən təşkil olunan blok qatar mütəmadi olaraq Çindən Türkiyəyə yüklər daşıyacaq.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar