Masallıda maskalı şəxslər mənzilə basqın edərək ev sahibinə xəsarət yetiriblər

Oxunma sayı: 366
Ölkə       30 İyun 2020, 10:22
Masallıda maskalı şəxslər mənzilə basqın edərək       ev sahibinə xəsarət yetiriblər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Masallıda maskalı şəxslər mənzilə basqın edib.

 

Azmedia.az-ın məlumatına görə, rayonun İsi kəndində yaşayan 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gün 03 radələrində yaşadığı evə maskada 3 nəfərin daxil olduğunu bildirib. Maskalı şəxslər ona hədə-qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar.

 

Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar