Bakıda ev yandı

Oxunma sayı: 465
Hadisə       30 İyun 2020, 10:18
Bakıda ev yandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakının Sabunçu rayonunda bir dam altında bir-birinə bitişik tikilən taxta konstruksiyalardan ibarət birmərtəbəli evlərdən ümumi sahəsi 90 kv.m olan 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 28 kv.m sahədə yanıb.


Azmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Bundan başqa Yasamal və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 nəfərin liftdən çıxarılması təmin edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar