Masallıda maskalılar evə basqın edib, ev sahibini yaraladılar

Oxunma sayı: 486
Hadisə       30 İyun 2020, 11:22
Masallıda maskalılar evə basqın edib, ev sahibini yaraladılar

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Masallı rayonunda mənzilə basqın edilib.

 

Azmedia.Az  trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İsi kəndində baş verib. Kənd sakini, 1955-ci il təvəllüdlü Fəxrəddin Əhədov iyunun 29-da Masallı rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün gecə saat 3 radələrində yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olaraq ona hədə qorxu gələrək xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar.

 

Faktla bağlı Masallı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar