Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşü olacaq

Oxunma sayı: 432
Ölkə       30 İyun 2020, 10:52
Azərbaycan və Ermənistan xarici işlər nazirinin görüşü olacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zöhrab Mnatsakanyan arasında videokonfrans formatında növbəti görüş keçiriləcək.


Azmedia.az xəbər verir ki, dünən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüş keçirib.


Görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar.


Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında baş tutmuş öncəki görüşü ATƏT-in Minsk qrupunun iştirakı ilə aprelin 21-də keçirilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar