FİDE Olimpiadada195 ölkənin iştirak etməsini istəyir

Oxunma sayı: 467
İdman       30 İyun 2020, 11:42
FİDE Olimpiadada195 ölkənin iştirak etməsini istəyir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bu quruma üzv olan 195 ölkədən komandaların Ümumdünya Şahmat Olimpiadasında iştirakına çalışacaq.


Azmedia.az xəbər verir ki, bu barədə FIDE-nin prezidenti Arkadi Dvorkoviç bildirib.


Ali qurumun rəhbəri qeyd edib ki, koronavirus pandemiyasına görə turnir onlayn formatda keçiriləcək. O, iki-üç gündən sonra turnirə milli komandaların qeydiyyatının başlayacağını vurğulayıb. A.Dvorkoviç bu nüfuzlu yarışda 195 komandanın hamısının iştirak edib-etməyəcəyini bilmədiyini, lakin bütün yığmaların yarışa qatılması üçün səy göstərəcəklərini vurğulayıb.


Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada isə Batumidə təşkil olunub.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar