Qadın kişi tərəfindən belə aldandı...

Oxunma sayı: 479
Dünya       30 İyun 2020, 12:23
Qadın kişi tərəfindən belə aldandı...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Yakutiyada bir qadın, onunla evlənəcəyini vəd edən dələduza 2.6 milyon rubl pul köçürüb.

 

Azmedia.az xarici KİV-ə istinadən xəbər verir ki,Yakutiyada bir qadın Suriyadan gələn  "hərbi cərraha" görə 2.6 milyon rubl dəyərində kredit götürüb. 

 

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgədəki rəhbərinin mətbuat xidməti məlumat yayıb. 


Qeyd edilib ki, 53 yaşlı Mirnıy şəhərinin sakini, polis bölməsində ərizə yazaraq bildirib ki, internetdə əcnəbi ilə tanış olandan sonra ​​böyük miqdarda pul itirib.

 

Zərərçəkənin sözlərinə görə, Devid  Ricard Larri adlı adam onun İnstaqram səhifəsinə yazıb. Kişi deyib ki, peşəsi ilə hərbi cərrahdır və hazırda Suriyada işgüzar səfərdədir. Daha sonra yazışmalar WhatsApp-da davam edib. Bir neçə gün sonra qadının virtual sevgilisi onunla "xoş xəbər" paylaşıb: güya adama böyük bir mükafat verilib. Kişinin dediyinə görə, təhlükəsizlik üçün bağlamada Yakut qadına külli miqdarda pul göndərmək istəyir. "Hərbi cərrah" Rusiyada yaşamaq, yeni dostu ilə evlənmək və xəstəxana qurmaq istədiyini etiraf edib. Pul köçürmək üçün fırıldaqçı qadının ev ünvanını və elektron poçtunu istəyib. Bir müddət sonra, zərərçəkənə nəqliyyat şirkətindən olduğu iddia edilən məktub gəlib. Mesajda qadının 157.000 rubl məbləğində çatdırılmanı ödəməsi qeyd olunub. Zərərçəkən həmin gün kredit götürərək vəsaiti göstərilən hesaba göndərib. Sonra yenə bir bildiriş alıb: "nəqliyyat şirkəti" bu dəfə sertifikatın qeydiyyatı üçün pul ödəməsini istəyib. Yakutiyalı qadın nə baş veridiyini anlamadan yenidən kredit götürərək 456 min rubl dolandırıcıya keçirib.

 

Sonradan, külli miqdarda pul olan bağlama almaq üçün zərərçəkmiş daha bir neçə köçürmə edib. Ümumilikdə, uzaq fırıldaqçı onun 2.613.000 rublunu ələ keçirib 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar