AFFA təsdiqlədi: Roy Kinlə danışıqlar aparılır

Oxunma sayı: 435
İdman       30 İyun 2020, 12:02
AFFA təsdiqlədi:       Roy Kinlə danışıqlar aparılır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

AFFA Azərbaycan milli komandasının baş məşqçi postuna İngiltərə "Mançester Yunayted"inin sabiq futbolçusu Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib. 


Azmedia.az xəbər verir ki, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib.


O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıqlar apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib. 


"Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb" - deyə milli assosasiya rəsmisi əlavə edib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar