İstanbulun mərkəzi küçələrindən biri “Azərbaycan” adlandırılıb

Oxunma sayı: 498
Dünya       30 İyun 2020, 12:18
İstanbulun mərkəzi küçələrindən biri “Azərbaycan” adlandırılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünyanın ən böyük meqapolislərindən olan İstanbulun mərkəzi bölgələrindən biri olan Sarıyer rayonunun qədim ərazisindəki “Cendere” küçəsinin adı ölkəmizin bu şəhərdəki baş konsulluğunun təklifi və təşəbbüsü əsasında dəyişdirilərək “Azərbaycan” adlandırılıb.


Azmedia.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə baş konsulluqdan məlumat verilib.


Bildirilib ki, küçənin adının dəyişdirilməsi Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə baş tutub. Qərar rəsmi prosedurların yekunlaşdırılması məqsədilə İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin bu il iyulun 13-də keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.


Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir. Ulu Öndərin doğum və vəfat tarixləri İstanbuldakı baş konsulluğumuzun təşəbbüsü əsasında Sarıyer Bələdiyyəsinin cari protokol tədbirlərinin təqviminə daxil edilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar