Bir gündə 1674 nəfər cərimələndi

Oxunma sayı: 361
Sosial       30 İyun 2020, 11:56
Bir gündə 1674 nəfər cərimələndi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə cərimələnənlərin sayı açıqlanıb.


Azmedia.az xəbər verir ki, 29.06.2020-ci il saat 00:00-dan 30.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1405 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 267 nəfər həmin Məcəllənin 211.2-ci və eyni əməllərin il ərzində təkrar törədilməsinə görə Məcəllənin 211.3-cü maddəsi ilə 2 nəfər olmaqla ümumilikdə 1674 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 150-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 230 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 545 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar