NASA Ay-da quraşdırılacaq tualetin dizaynı üçün 35 min dollar vəsait ayırıb

Oxunma sayı: 514
Maraqlı       30 İyun 2020, 13:22
NASA Ay-da quraşdırılacaq tualetin dizaynı üçün       35 min dollar vəsait ayırıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xarici mətbuata istinadən xəbər verir ki, NASA və Hero X platforması 2024-cü ildə Ayda quraşdırılacaq ən yaxşı tualet üçün müsabiqə elan edib.

 

"Artemida" missiyasının bir hissəsi olaraq ilk qadın və on üçüncü kişi Yer peykinin səthinə göndəriləcəkdir. 


NASA kosmik tualet dizaynında geniş təcrübəyə sahib olmasına baxmayaraq, agentlik digər variantları daha yaxşı araşdırmaq üçün mütəxəssislərdən kömək istəməyə qərar verib - çünki sənaye hələ də dayanmır və dinamik inkişaf edir.

 

Müraciətlər yetkinlik yaşına çatmayanlardan da qəbul ediləcək. Üç qalib arasında bölüşdürüləcək mükafat fondu 35 min dollar təşkil edir. Onlar həmçinin NASA-ya ekskursiyaya dəvət olunacaqlar. 


Müsabiqə səkkiz ay davam edəcək.

 

İştirakçılara bir sıra şərtlər qoyulub: tualet həm kişilər, həm də qadınlar üçün istifadə üçün əlverişli olmalı; Mikro cazibə və Ay cazibə qüvvəsində işləməli, həmçinin kiçik ölçüləri və çəkisi, aşağı səs-küyü və enerji səmərəliliyi olmalıdır. Həm də şərtlər arasında - ixtirada bir litr sidik, bir funt nəcis olmalıdır və digər mayelərin öhdəsindən gəlmək lazımdır.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar