18 nəfəri aldadaraq 63 min manat alan şəxs tutuldu

Oxunma sayı: 412
Kriminal       30 İyun 2020, 14:13
18 nəfəri aldadaraq 63 min manat alan şəxs tutuldu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı şəhəri ərazisində 18 nəfəri aldadıb onlardan ümumilikdə 63700 manat pul almaqda şübhəli bilinən şəhər sakini Ş.Vəliyeva tutulub.

Azmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhəri ərazisində şəhər sakini Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb onlardan ümumilikdə 63700 manat pul alıb.


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Ş.Vəliyeva tutulub.


Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar