Azərbaycanda şirkət direktoru axtarışa verilib

Oxunma sayı: 464
Ölkə       30 İyun 2020, 14:20
Azərbaycanda şirkət direktoru axtarışa verilib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycanda şirkət direktoru barəsində axtarış elan edilib.

 

Azmedia.az  Apa-ya istinadən bildirir ki, axtarış barədə məlumat Bakı şəhər Baş Polis İdarəsinin saytında yerləşdirilib. 

 

Axtarış məlumatında qeyd olunub ki, Qarayev Ruslan Akif oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinərək barəsində məhkəmənin qərarı ilə həbsli axtarış elan edilib.

 

Qeyd edək ki, R. Qarayev "Baktel" MMC-nin direktoru olub.

 

Həmçinin o, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq idarə rəisi, general Akif Çovdoruvun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar