Baş prokurora yeni köməkçi təyin edildi

Oxunma sayı: 377
Cəmiyyət       30 İyun 2020, 14:31
Baş prokurora yeni köməkçi təyin edildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Baş Prokurorluqda yeni təyinatlar olub.

 

Azmedia.az xəbər verir ki, baş prokuror Kamran Əliyevin imzaladığı əmrlə Tural Aslanov Baş prokurorun Xüsusi Tapşırıqlar üzrə Böyük köməkçisi vəzifəsinə təyinat alıb. Baş prokurorun digər əmri ilə Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini təyin edilib.

 

Bununla yanaşı Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Mübariz Əhmədova Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, Müqəddəs Sultanova Sumqayıt şəhərinin prokuroru vəzifələrinin icrası həvalə edilib, Vüqar Məmmədzadə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini təyin ediliblər. 


Baş prokurorun imzaladığı əmrlərlə Fuad Məmmədova Şirvan şəhərinin, Rəşad Məmmədova Xaçmaz, Elxan Əbdürrəhmənova isə Qusar rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.


Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar